"Roma" İspaniya klubunun forvardını transfer etməyi planlaşdırır

11:49 - 5 İyul 2024

Roma Norveç millisinin və "Vilyarreal"ın forvardı Aleksandr Sörlotü heyətinə qatmağı planlaşdırır.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, İtaliya klubu norveçli üçün artıq hərəkətə keçib.

"Vilyarreal" qarşı tərəfdən 35 milyon avro transfer məbləği tələb edir.

28 yaşlı futbolçu 2023/2024 mövsümündə İspaniya La Liqasında 23 qol vurub.

Xəbər xətti