Fransa klubu seneqallı üçün 31,9 milyon ödədi

13:49 - 5 İyul 2024

"Lion" "Nottingem Forest"in yarımmüdafiəçisi Mussa Niakateni heyətinə qatıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Fransa klubu seneqallı üçün İngiltərə klubuna 31,9 milyon avro ödəyib.

Niakate karyerası ərzində "Valensyen", "Metz", "Maynts" komandalarında çıxış edib.

Xəbər xətti