"Fənərbaxça" İtaliyadan oyunçu gətirəcək.
Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, Super Liqa təmsilçisi "Sassuolo"da oynayan Armand Laurienteni heyətinə qatmağı planlaşdırır.
İstanbul klubu 25 yaşlı hücumçu üçün 10 milyon avro ödəməyə hazırdır. Lakin "Sassuola" 20 milyon istəyib və buna görə də, ilkin razılıq əldə edilməyib.
Ötən mövsüm 40 matçda meydana çıxan Lauriente 5 qol vurub, 6 asistlə oynamışdı.
Fransalı forvard "Renn", "Orlean", "Loryen"də oynayıb.
saytlarin hazirlanmasi