"Sumqayıt"ın rəqibi qalib gəldi

15:34 - 5 İyul 2024

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sumqayıt”ın rəqibi olan Macarıstanın “Fehervar” klubu yoldaşlıq oyunu keçirib.

Sportal.az xəbər verir ki, macarlar “Aika” ilə üz-üzə gəlib.

Matç “Sumqayıt”ın rəqibinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyundan əvvəl tərəflər görüşün 120 dəqiqə davam edəcəyi barədə razılığa gəliblər.

“Sumqayıt” və “Fehervar” iyulun 25-də Sumqayıtda, 31-də isə Macarıstanda üz-üzə gələcək.

Xəbər xətti