"Roma"dan ayrılan futbolçu "Napoli"də

18:50 - 5 İyul 2024

"Roma"dan ayrılan Leonardo Spinatsolanın yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, 31 yaşlı sol cinah müdafiəçisi "Napoli"yə keçib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İtalyan futbolçu Neapol təmsilçisi ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. "Napoli" yaxın günlərdə transferi rəsmi olaraq açıqlayacaq.

Qeyd edək ki, Leonardo Spinatsola 2019-2024-cü illərdə "Roma"da çıxış edib. İtaliya millisinin üzvü paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 151 rəsmi matçda 7 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti