Montella Merihin cəzası haqda: "Bizə motivasiya verəcək"

21:14 - 5 İyul 2024

Türkiyə milli komandasının baş məşqçisi Vinçenso Montella UEFA-nın 2 oyunluq cəza verdiyi futbolçusu Merih Demiral haqda danışıb.

Sportal.az xəbər verir ki, italyan mütəxəssis 26 yaşlı müdafiəçiyə verilən cəzanın haqsızlıq olduğunu bildirib:

"Qərar ədalətsizdir. Merihlə danışdım. Bu simvol siyasi deyil. Bizim tariximizin, türklüyün simvoludur. Bizə haqsızlıq edildi. Ancaq bizə heç bir mənfi təsiri olmayacaq. Əksinə, motivasiya verəcək, əlavə güc qatacaq. UEFA səhv qərar verdi".

Qeyd edək ki, Merih Demiral Avro-2024-ün Avstriya ilə oyununda "bozqurd" işarəsi göstərdiyi üçün UEFA ona 2 oyunluq cəza verib.

Xəbər xətti