Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella AVRO-2024-ün 1/4 finalında Niderlanda məğlubiyyəti şərh edib.
Sportal.az UEFA-ya istinadən xəbər verir ki, italiyalı məşqçi bu turnirdən sonra Türkiyə mmillisinə daha çox hörmətlə yanaşılacağını deyib:
"Əlimizdən gələni etdik. Bizim üçün çox yaxşı turnir oldu. Yalnız 90 dəqiqədən danışırıqsa, Niderland qədər qələbə qazanmışdıq. Həmkarlarım və digər futbol peşəkarları da bizi təbrik etdilər. Çoxlu gənc futbolçularımız var. Onlar heyrətamiz ruhla çıxdılar. Futbolçularımla fəxr edirəm. Bu oyunçular aldıqları sevgiyə layiqdirlər. AVRO-2024-dən sonra Türkiyəyə böyük hörmətlə yanaşacaqlar. İndi məqsədimiz sentyabrda başlayacaq Millətlər Liqasıdır. Daha sonra isə hədəf DÇ-2026-dır".
saytlarin hazirlanmasi