"Fənərbaxça" legionerlərdən biri ilə yollarını ayırıb.
Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Rayan Kentlə işbirliyinə davam etməyib.
Kentin İngiltərəyə yollanacağı gözlənilir. "Fənərbaxça"ya böyük ümidlərlə transfer edilsə də, özünü göstərə bilməyən yarımmüdafiəçinin İngiltərəyə qayıdacağı gözlənilir.
O, "İpsviç"ə keçidə hazırlaşır. Kent Türkiyə klubunda 18 matçda oynayıb, 1 qol vurub və 2 asist edib.
Qeyd edək ki, 27 yaşlı futbolçunun "Fənərbaxça" ilə müqaviləsi 2027-ci ilə qədərdir.
saytlarin hazirlanmasi