Türkiyənin "Fənərbaxça" klubunda ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Serdar Azizlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türk müdafiəçi baş məşqçi Joze Mourinyonun planlarına daxil olmayıb. 33 yaşlı futbolçu artıq komandanın düşərgəsini tərk edib.
Qeyd edək ki, "Fənərbaxça" Serdar Azizi 2019-cu ilin yanvar ayında "Qalatasaray"dan transfer etmişdi. Türkiyə millisinin sabiq üzvü ötən mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi