"Adana Demirspor"da yeni baş məşqçi

19:27 - 8 İyul 2024

Türkiyənin "Adana Demirspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Maykl Valkanis çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

49 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalanıb.

Maykl Valkanis son olaraq "Ayaks"da köməkçi məşqçi vəzifəsində çalışıb.

Xəbər xətti