Yeni mövsümün hazırlığını davam etdirən "Qalatasaray"ın heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Kaan Ayhan komanda ilə birlikdə təlim-məşq toplanışında iştirak etməyəcək. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Türkiyə millisinin üzvü yaxın günlərdə əməliyyat olunacaq. 29 yaşlı dayaq yarımmüdafiəçisi 3-4 ay yaşıl meydanlardan uzaq qalacaq. Təcrübəli oyunçunun ən yaxşı halda noyabr ayında yaşıl meydanlara qayıdacağı gözlənilir.
Qeyd edək ki, "Qalatasaray" Kaan Ayhanı 2023-cü ilin yanvar ayında "Sassuolo"dan transfer edib. Təcrübəli futbolçu "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 55 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi