Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün "Qarabağ"ın potensial rəqibləri olan "Hamrun" və "Linkoln" üz-üzə gəlib. Maltada baş tutan görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Komandalar arasında cavab oyunu 16 iyul tarixində təşkil olunacaq.
Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində "Hamrun" - "Linkoln" cütün qalibi ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi