Türkiyə millisinin və "Qalatasaray"ın futbolçusu Kerem Aktürkoğluna "Spartak"dan rəsmi təklif gəlib.
Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul klubu hətta yarımmüdafiəçisini satmağa müsbət yanaşıb.
Lakin Kerem özü Rusiyaya yollanmaq istəməyib. Bununla bağlı da, "Spartak" rəsmilərini məlumatlandırıb. Onun bu klubdan imtinasının əsas səbəbi, avrokuboklarda oynamamalarıdır.
Qeyd edək ki, "Spartak" Kerem üçün "Qalatasaray"a 15 milyon avro ödəməyə hazır olub.
25 yaşlı futbolçu 2026-cı il iyunun 30-na qədər "Qalatasaray"a məxsusdur.
saytlarin hazirlanmasi