"Zirə"nin kapitanı Qismət Alıyev Avropa Liqası I təsnifat mərhələsinin "Şerif"lə ilk oyunundan öncə keçirilən mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, 27 yaşlı sağ cinah müdafiəçisi oyuna hazır olduqlarını bildirib:
"Təlim-məşq toplanışını çox yaxşı keçmişik. Keçmişdə buraxdığımız səhvlərin üzərində çalışırdıq. Oyuna tam hazırıq. Sabah rəqibi tanımağa çalışacağıq. İkinci oyun bizim üçün daha rahat olacaq".
saytlarin hazirlanmasi