2024/2025 mövsümünün ilk avrokubok oyunları UEFA reytinqinə təsir edib.
Sportal.az xəbər verir ki, Slovakiyanın “Slovan” (Bratislava) klubu Çempionlar Liqasının təsnifat mərhələsinin 1-ci mərhələsinin ilk oyununda Şimali Makedoniyanın “Struqa” klubuna (4:2) qalib gəlib (4:2).
Bu da Azərbaycanın reytinqdəki mövqeyinə birbaşa təsir edib. Beləliklə, Slovakiyanın aktivinə 0,25 bal əlavə edilib ki, bunun sayəsində beş il ərzində ümumilikdə 16,875 bal toplayaraq Azərbaycanı (16,750) qabaqlayıb.
Azərbaycan cədvəldə 26-cı yerdədir, Bolqarıstan (16,500) isə 27-ci pilləni tutur. Qeyd edək ki, Azərbaycan üçün avrokubok mövsümü bu gün başlayır. “Zirə” Avropa Liqasının 1-ci təsnifat mərhələsində Moldova “Şerif”i ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi