"Fənərbaxça"nın forvardı "Hayduk"a keçir

14:12 - 11 İyul 2024

Xorvatiyanın "Hayduk" klubu Edin Dzekonu transfer etməyi planlaşdırır.

Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, Split təmsilçisi təcrübəli forvardı bu yay heyətinə qatmaq istəyir.

"Hayduk" Dzekoya illik 4 milyon avro maaş təklif edib.

37 yaşlı forvard Xorvatiya klubunun təklifini götür-qoy edir.

Qeyd edək ki, Dzekonun "Fənərbaxça" ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na başa çatacaq.

Xəbər xətti