Türkiyə Super Kuboku matçının vaxtı açıqlandı

22:31 - 11 İyul 2024

"Qalatasaray" və "Beşiktaş" arasında keçiriləcək Türkiyə Super Kuboku matçının vaxtı müəyyənləşib.

Sportal.az xəbər verir ki, oyun 3 avqust tarixində Atatürk Olimpiya Stadionunda baş tutacaq. Görüş Bakı vaxtilə saat 21:45-də start götürəcək.

Qeyd edək ki, "Qalatasaray" 2023/2024 mövsümündə Türkiyə Super Liqasının qalibi olub. "Beşiktaş" isə ölkə kubokunu qazanıb.

Xəbər xətti