Türkiyənin "Qalatasaray" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Efe Akmanın sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
18 yaşlı dayaq yarımmüdafiəçisi 2028-ci ilin 30 iyun tarixinədək "sarı-qırmızılar"a məxsus olacaq.
Qeyd edək ki, Efe Akman "Qalatasaray"ın yetirməsidir. Türkiyə U-19 millisinin üzvü "aslanlar"ın əsas komandasının heyətində 2 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi