Portuqaliya millisinin hücumçusu Joao Feliks Türkiyəyə yollana bilər.
Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, portuqaliyalının xidmətində “Fənərbaxça” maraqlıdır.
İstanbul təmsilçisi artıq rəsmi təklif də irəli sürüb.
Lakin “Atletiko” onu icarəyə verməyə tələsmir. Joze Mourinyo isə həmyerlisini sərəncamında görməkdə israrlıdır.
Ötən mövsüm Joao Feliks icarə əsasında oynadığı “Barselona”da 30 matçda iştirak edib və 7 qol vurub. Bundan əvvəl portuqaliyalı icarə əsasında "Çelsi"də çıxış edib.