"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Sportal.az xəbər verir ki, bu gün Cəbəllütariqin "Linkoln" klubu doğma meydanda "Hamrun"u qəbul edib. Görüşün əsas vaxtı Malta təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
İlk oyunda "Linkoln" eyni hesabla qalib gəldiyi üçün əlavə vaxta ehtiyac duyulub. Burada da qapılara qol vurulmayıb. Penaltilər seriyasında daha dəqiq olan (5:4) cəbəllütariqlilər növbəti raunda vəsiqə qazanıb.
Qeyd edək ki, "Qarabağ" "Linkoln"la ilk matçı 23 və ya 24 iyul tarixində səfərdə keçirəcək. Komandalar arasında cavab görüşü isə bir həftə sonra Bakıda baş tutacaq.
saytlarin hazirlanmasi