Azərbaycan milli komandasının üzvü Rahil Məmmədov Polşada klubunu dəyişib.
Sportal.az xəbər verir ki, 28 yaşlı mərkəz müdafiəçisi "Radomiak"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Təcrübəli arxa xətt oyunçusu Ekstraklasa təmsilçisi ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Rahil Məmmədov ötən mövsüm "LKS Lodz"da çıxış edib. O, komandanın heyətində 16 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi