Millimizin üzvü üçün yeni baş məşqçi

12:21 - 20 İyul 2024

Azərbaycan milli komandasının üzvü Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor"un yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, I Liqa təmsilçisini Serhat Gülpınar çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bolu təmsilçisi 45 yaşlı mütəxəssislə 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Vüsal Bu ilin yanvar ayından "Boluspor"da çıxış edir.


Xəbər xətti