"Atletik"in futbolçusu Niko Uilyams La Liqada klubunu dəyişməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Barselona" ispaniyalı vingeri transfer etmək istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.
Kataloniya təmsilçisi 22 yaşlı futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. "Barselona" Bilbao klubuna futbolçunun sözləşməsində yer alan 58 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.
Qeyd edək ki, Niko Uilyams "Atletik"in yetirməsidir. İspaniya millisinin üzvü ötən mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 8 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi