"Beşiktaş" "Zenit"in yarımmüdafiəçi Vendeli heyətinə qatmaq niyyətindədir.
Sportal.az "Regate Sports"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Rusiya klubuna Vendelin əvəzinə Jedson Fernandeşi təklif edib.
"Zenit" isə belə sövdələşməyə müsbət yanaşmayıb. "Qara qartal" braziliyalının transferi üçün müxtəlif variantları fikirləşir.
Vendelə "Beşiktaş"dan savayı "Qalatasaray" da maraq göstərir. 25 yaşlı futbolçunun “Zenit”lə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
26 yaşlı futbolçunun bazar dəyəri 20 milyon avrodur. "Fluminense"də də oynamış futbolçu 2020-ci ildə “Sportinq”dən Sankt-Peterburq klubuna keçmişdi.