"Qalatasaray"ın sabiq futbolçusu Kristian Luyindama gələcəyi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, konqolu müdafiəçi peşəkar karyerasını başa vurub. Bu barədə futbolçu özü məlumat verib.
Luyindama zədələr səbəbindən 30 yaşında karyerasını başa vurmalı olub.
Qeyd edək ki, Kristian Luyindama 2019-2022-ci illərdə "Qalatasaray"da çıxış edib. Konqo milli komandasının da üzvü olmuş təcrübəli mərkəz müdafiəçisi karyerası ərzində "Sanqo Balende" (Konqo), "Mazembe" (Konqo), "Standard" (Belçika), "Əl-Tavun" (Səudiyyə Ərəbistanı" və "Antalyaspor"da çıxış edib.
saytlarin hazirlanmasi