Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Allan Sen-Maksimen sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı vinger komandanın dünən baş tutan məşqində zədələnib. O, bugünkü məşqdə iştirak etməyib.
İngiltərəli ön xətt oyunçusu İstanbul təmsilçisinin sabah Çempionlar Liqası II təsnifat mərhələsinin "Luqano" (İsveçrə) ilə keçirəcəyi oyunda işyirak etməyəcək.
Qeyd edək ki, "Fənərbaxça" Allan Sen-Maksimeni bir neçə gün əvvəl Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubundan icarəyə götürüb.
saytlarin hazirlanmasi