Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə start veriləcək.
Sportal.az xəbər verir ki, "Qarabağ" Cəbəllütariqdə "Linkoln"la qarşılaşacaq.
"Fənərbaxça" isə "Luqano" ilə üz-üzə gələcək. "Ferentsvaroş" Uelsin TNS klubunu sınağa çəkəcək.
Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
23 iyul
19:00 "Bodo-Qlimt" (Norveç) – RFŞ (Latviya)
19:30 "Panejeves" (Litva) – "Yagelloniya" (Polşa)
20:00 "Linkoln" (Cəbəllütariq) – "Qarabağ"
21:00 APOEL (Kipr) – "Petrokub" (Moldova)
21:00 "Malmö" (İsveç) – "Klaksvik" (Farer adaları)
21:30 "Styaua" (Rumıniya) – "Makkabi" (Təl-Əviv, İsrail)
22:00 "Dinamo" (Kiyev, Ukrayna) – "Partizan" (Serbiya)
22:00 "Ferentsvaroş" (Macarıstan) – TNS (Uels)
22:00 "Santa Koloma" (Andorra) – "Midtyullan" (Danimarka)
22:30 "Luqano" (İsveçrə) – "Fənərbaxça" (Türkiyə)
23:00 "Şemrok Rover"(İrlandiya) – "Sparta" (Praqa, Çexiya)