Ötən mövsümü Türkiyədə birinci liqa təmsilçisi "Tuzlaspor"da oynamış Şahin Balicaninin Azərbaycan klubuna keçidi rəsmiləşib.
Sportal.az xəbər verir ki, 2023/2024 mövsümündə Azərbaycan İkinci Liqasında çempion olaraq Birinci Liqaya yüksələn "Baku Sportinq" Şahinlə bir illik müqavilə imzalayıb.
Qeyd edək ki, 33 yaşlı hücumçu Ərdəbildə doğulub və “Malavan”, “Xəzər” (Bakı), “Sabah”, “Keşlə” (indiki “Şamaxı”), “Şahin”, “Mes Novin”, “Golreyhan”, “Havadar”, “Navad Urmiya” (hamısı İran) klublarında oynayıb.
saytlarin hazirlanmasi