"Fənərbaxça"nın legioneri Duşan Tadiç komandadan ayrıla bilər.
Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, serbiyalıya Səudiyyə Ərəbistanı klublarından təklif gəlib.
"Əl-Qadisiyyə" Tadiç üçün hərəkətə keçib.
Ərəblər "Fənərbaxça"ya 6 milyon avro ödəməyi planlaşdırır.
Serbiyalı 2023-cü ilin yayından "Fənərbaxça"da çıxış edir. Tərəflər arasında mövcud müqavilə 2025-ci ilin iyunun sonunda başa çatır.
saytlarin hazirlanmasi