"Linkoln"un baş məşqçisi: "Heç nə alınmadı, bacarmadıq"

22:16 - 30 İyul 2024

"Linkoln" Çempionlar Liqası II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda "Qarabağ"a 0:5 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, Cəbəllütariq təmsilçisinin baş məşqçisi Xavyer Munyos matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çətin oyun oldu. Kiminlə qarşılaşdığımızı bilirdik. Dik durmağa çalışdıq. Amma bilirdik ki, hansı komanda ilə oynayırıq. "Qarabağ" çox güclü idi. Sona qədər vuruşduq. Lakin heç nə alınmadı, bacarmadıq.

- Bugünkü "Qarabağ" Çempionlar Liqasının qrupunda oynaya bilər?

- Həqiqətən çox güclü komandanız var. Qurban Qurbanov uzun müddətdir buradadır. Bəlli ideyası, strategiyası olan komandanız var. Bu komandada olan istedadlı futbolçular, performanslarına görə ÇL-in qrupuna əsas namizədlərdən sayılır. Amma futbol oynamaq, mərhələlər keçmək lazımdır.

- İmkanınız olsaydı, "Qarabağ"dan hansı futbolçunu heyətinizə qatardınız?

- Əslinə qalsa, əlimdə olan heyətdəki oyunçulardan razıyam. Bütün futbolçularınız çox güclüdür. Təkcə birini seçmək çox çətindir.

Mirbağırağa

Xəbər xətti