"Qalatasaray" "Dinamo"nun futbolçusu üçün hərəkətə keçdi

12:34 - 31 İyul 2024

"Qalatasaray" transfer çalışmalarını davam etdirir.

Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, Türkiyə çempionu Ukrayna millisinin və “Dinamo”nun (Kiyev) yarımmüdafiəçisi Mikola Şaparenkonu heyətinə qatmağı planlaşdırır.İstanbul təmsilçisinin rəhbərliyi 25 yaşlı futbolçu üçün hərəkətə keçib.

Kiyev klubu ilə müqaviləsi 2025-ci il sentyabrın 30-na qədər qüvvədə olan Şaparenkonun özü də “Qalatasaray”da oynamağa müsbət yanaşır. Lakin “Dinamo” rəhbərliyi Mikola üçün 20 milyon avro tələb edir. Türkiyə klubunun rəsmiləri isə milli üzvünün transferi üçün müxtəlif variantları qarşı tərəfə təklif etmək niyyətindədir.

“İlyiçevets”in sabiq üzvü 2017-ci ildən “Dinamo”da, 2018-ci ildən isə Ukrayna yığmasında oynayır.

Xəbər xətti