Millimizin üzvü Finlandiya klubuna keçidini şərh etdi: "Hiss etdim ki, daha yüksək səviyyə üçün addım atmağın vaxtıdır"

12:49 - 31 İyul 2024

Azərbaycan milli komandasının üzvü Özancan Kökçünün “Helsinki”yə keçməsi haqda xəbər vermişdik.

Sportal.az xəbər verir ki, millimizin üzvü Finlandiya klubuna keçidini elə klubun rəsmi saytına açıqlamasında şərh edib.O, “Helsinki”dəki hədəflərindən də söz açıb:

"Son bir neçə mövsüm, xüsusən də sonuncusu mənim üçün çox yaxşı keçdi. Mən hiss etdim ki, daha yüksək səviyyəyə addım atmağın vaxtıdır. Ona görə də “Helsinki”nin mənimlə maraqlanması çox gözəl idi. Çempionat və avrokubok oyunlarında mübarizə aparacam. Azərbaycan millisində oynamaq isə mənim üçün şərəfdir. Azərbaycanlılarla türklər qardaşdırlar".

Qeyd edək ki, 25 yaşlı futbolçu 2026-cı il dekabrın 31-nə qədər "Helsinki"də oynayacaq.

Xəbər xətti