Türkiyə çempionu İngiltərə millisinin forvardını istəyir

13:44 - 3 Avqust 2024

Türkiyənin “Başakşəhər” klubu heyətini yeni forvardla gücləndirməyi planlaşdırırı.

Sportal.az “Akşam”a istinadən xəbər verir ki, paytaxt klubu “Roma”nın forvardı Temmi Abrahamla yaxından maraqlanır. Türkiyəlilər İngiltərə millisinin 26 yaşlı hücumçusunu bu yay heyətinə qatmaq niyyətindədir.

“Milan”ın da transfer etmək istədiyi Abrahamın hansı qərarı verəcəyi qarşıdakı həftə bəlli olacaq. Onun “Roma” ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. İngilis forvard “Çelsi”nin yetirməsidir. Temmi “Çelsi” ilə yanaşı, “Suonsi”, “Aston Villa” klublarında oynayıb.

Qeyd edək ki, "Başahşəhər" 2019/2020 sezonunun çempionudur.

Xəbər xətti