Türkiyə çempionu ingilis forvardı razı sala bilmədi

16:46 - 4 Avqust 2024

İngiltərə millisinin və "Roma"nın hücumçusu Temmi Abraham "Başakşəhər"ə keçməyib.

Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, 26 yaşlı hücumçu Türkiyəyə yollanmağa müsbət yanaşıb.

Lakin "Başakşəhər" "Roma"nın istədiyi transfer məbləğini ödəyə bilməyib.

Qeyd edək ki, onun “Roma” ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. İngilis forvard “Çelsi”nin yetirməsidir. Temmi “Çelsi” ilə yanaşı, “Suonsi”, “Aston Villa” klublarında oynayıb.

Qeyd edək ki, "Başahşəhər" 2019/2020 sezonunun çempionudur.

Xəbər xətti