"Ludoqorets"in baş məşqçisi: "Bolqarıstanda biz, burada "Qarabağ" hegemondur"

19:50 - 5 Avqust 2024

"Ludoqorets" Çempionlar Liqası III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "Qarabağ"ın qonağı olacaq.

Sportal.az xəbər verir ki, Bolqarıstan təmsilçisinin baş məşqçisi Georgi Dermenciev matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bakıya hansı motivasiya və hansı nəticə arxasınca gəlmisiz?

- "Qarabağ" ən yaxşı komandalardan biridir. Qurban Qurbanov 10 ildən artıqdır ki, klubdadır və ən güclü məşqçilərdən biridir. Onlar beynəlxalq arenada öz yerlərini tutub. Biz də həmçinin, çox böyük təcrübəyə malikik. Çox maraqlı və gözəl matç olacaq.

- Bakının hədsiz istisi və "Qarabağ"ın böyük təcrübəsi sizi qorxutmur ki?

- Hava şəraitinin isti olmasına baxmayaraq, oyun yaxşı keçəcək. "Ludoqorets"in də böyük təcrübəsi var. Çox güclü komandalardan biriyik.

- “Dinamo”(Batumi) və “Dinamo”(Minsk) klubları ilə qarşılaşmaların ilk matçlarında yaxşı oynayıb, qalib gəlsəniz də, cavab görüşlərində uduzdunuz. Bu nə ilə bağlıdır?  “Qarabağ”la matçlarda bu cür ssenarinin yaşanmaması üçün nə edəcəksiz?

- İstəyirik ki, digər matçlardakı səhvlər "Qarabağ"la oyunlarda olmasın. Ona görə də strategiyanı bir az dəyişəcəyik.

- "Qarabağ"ın heyətində hansı futbolçunu xüsusi qeyd edə bilərsiz?

- Məncə, hər iki tərəf bir-birinin güclü tərəflərlərini, güclü oyunçularını yaxşı tanıyır.

- Daha çox fərdi ustalığı olan oyunçular, 9 il ardıcıl avrokuboklarda qruplar, Çempionlar Liqasının qrupu. Demək olar ki, “Qarabağ”la “Ludoqorets” bir-birinə çox bənzəyir?

- Bəli. "Qarbaağ" və "Ludoqorets" komandalarının strategiyaları oxşardır. Bolqarıstanda biz, burada "Qarabağ" hegemondur.

Mirbağırağa

Xəbər xətti