Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itkilər baş verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Omar Kollo və yarımmüdafiəçi Gedson Fernendeş sıradan çıxıb.
Hər iki oyunçu "Qalatasaray"la keçirilən Super Kubok matçında (5:0) zədələnib. Onlar ölkə çempionatının ilk turunun "Samsunspor"la keçiriləcək oyununda iştirak edə bilməyəcək.
Qeyd edək ki, "Samsunspor" - "Beşiktaş" qarşılaşması 11 avqust tarixində Bakı vaxtilə saat 22:45-də start götürəcək.
saytlarin hazirlanmasi