Georgi Dermençiyev: "Futbolçumuzun ayağı iki tərəfdən sındı"

22:29 - 6 Avqust 2024

"Ludoqorets" Çempionlar Liqası III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, Bolqarıstan təmsilçisinin baş məşqçisi Georgi Dermençiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bu mövsüm avrokuboklarda birinci oyunları udub, ikinci matçları uduzursuz. Bu, sizi qorxutmurki?

- Şanslar 50/50-dir. Razaqradda görəcəksiz ki, cütün taleyi necə olur.

- "Qarabağ" üstün olsa da, qol vuran siz oldunuz. Rəqibin hansı zəif cəhətlərindən istifadə edirdiz ki, qollar vururduz?

- "Qarabağ" daha çox hücum edirdi. Belə olanda da, bizim qol vurmağımız üçün imkan yaranırdı.

- Futbolçunuz qırmızı vərəqə alaraq meydandan qovuldu. Hakimin qərarı ilə bağlı mövqeyiniz necədir?

- Bu haqda çox ətraflı danışmaq istəmirəm. Çox məyusam ki, futbolçumuzun ayağı iki tərəfdən sınıb.

- Fasilədə futbolçularınıza nə dediz?

- "Qarabağ"ın çox futbolçusu hücuma gedirdi. Futbolçulara tapşırdım ki, bundan istifadə etsinlər.

- Cavab matçında da ilk oyundakı kimi müdafiədə oynayacaqsız, yoxsa evdə daha çox hücumda oynayıb qalib gəlməyə çalışacaqsız?

- Hələ heç nə bitməyib. Davamı Razqradda olacaq.

- Kayo və Tekpeteyin yoxluğu sizin üçün nə dərəcədə ciddi itkidir?

- İki futbolçunun olmaması bizim üçün itkidir. Qərarı Bolqarıstandakı matçda verəcəyik.

- "Qarabağ" avrokuboklarda səfərdə çox qol vurur. Bu statistika sizin üçün təhlükəli gəlmir?

- Strategiyanı açıqlaya bilmərəm. Amma gərək ağıllı olsunlar ki, qalib gəlsinlər.

- Qurban Qurbanov Avropada feyr-pley mükafatı alıb. Sizcə, komandanız bu cür komandaya qarşı çox sərt oynamadı? 

- Məncə, heç bir sərt oyun yox idi. Bu futboldur.

Mirbağırağa

Xəbər xətti