"Sumqayıt" Sərtan Taşkınla müqavilə imzalayıb.
Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmət məlumat verib.
"Kimyaçılar" son mövsümü Türkiyənin "Manisa" klubunda keçirmiş Sərtan Taşkınla 1+1 illik müqavilə imzalayıb.
Milli komandamızın üzvü olan 26 yaşlı futbolçu "Sumqayıt"ın heyətində 2 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, 2019/2020 mövsümündə də bu klubda çıxış etmiş Sərtan Taşkın ümumilikdə 20 oyunda meydana çıxıb və 1 qol vurmağa müvəffəq olub.
saytlarin hazirlanmasi