Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Ludoqorets"in futbolçusu Bernard Tekpetey əməliyyat olunub.
Sportal.az xəbər verir ki, qanalı vingerin əməliyyatı Avstriyada baş tutub. Bu barədə klubun mətbuat xidməti məlumat yayı.
Bernard Tekpetey Bakıda "qarabağ"la baş gtutan ilk matçda Kevin Medina ilə mübarizə zamanı zədələnib. 26 yaşlı ön xətt oyunçusunun baldır sümüyü sınıb. O, bir həftə sonra xəstəxandan çıxaraq Razqard şəhərinə geri dönəcək.
Qeyd edək ki, "Qarabağ"la "Ludoqorets" arasında Bakıda keçirilən ilk oyun Bolqarıstan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında cavab görüşü 13 avqust tarixində baş tutacaq.
saytlarin hazirlanmasi