"Qalatasaray" ukraynalı üçün növbəti dəfə təklif göndərdi

15:00 - 11 Avqust 2024

"Qalatasaray" Mikola Şaparenko üçün növbəti dəfə "Dinamo" ilə danışıqlara başlayıb.

Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, Türkiyə çempionu 25 yaşlı yarımmüdafiəçi üçün Kiyev klubuna bu dəfə daha yüksək məbləğ təklif edib. İlk dəfə ötən ay tərəflər arasında danışıqlar müsbət yekunlaşmamışdı.

Amma "Qalatasaray" rəhbərliyi Ukrayna millisinin üzvünün keçidini həll etmək üçün qarşı tərəfə 7 milyon avro təklif edib.

Transferin baş tutub-tutmaması yaxın günlərdə dəqiqləşəcək. Qeyd edək ki, "İlyiçevets" yetirməsi olan Şaparenko 2018-ci ildən "Dinamo"da oynayır və onun müqavilə müddəti 2025-ci il sentyabrın 30-na qədərdir.
 

Xəbər xətti