Georgi Dermenciyev: "Qarabağ" çox yaxşı təşkilatlanmış Avropa komandasıdır"

16:50 - 12 Avqust 2024

"Ludoqorets" Çempionlar Liqası III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində sabah "Qarabağ"ı qəbul edəcək.

Sportal.az xəbər verir ki, Bolqarıstan təmsilçisinin baş məşqçisi Georgi Dermenciyev matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib. 69 yaşlı mütəxəssis "Qarabağ"ın Avropa təcrübəsi olan komanda olduğunu bildirib:

"İlk oyundan sonra fikrim təsdiqlənir. Qətiyyətlə deyə bilərəm ki, “Qarabağ” beynəlxalq təcrübəyə malik komandadır. Futbolçuları “Qarabağ”ın oyunu ilə tanış etmişəm. Onlar heç nəyə görə narahat olmurlar və həqiqətən də hər oyunda qol vururlar. Biz geniş heyəti olan bir komandayıq. Sabah Bernard Tekbetek oynamayacaq. Çox ağır zədə alıb. “Qarabağ” çox yaxşı təşkilatlanmış Avropa komandasıdır".

Qeyd edək ki, "Ludoqorets" - "Qarabağ" qarşılaşması sabah Bakı vaxtilə saat 22:00-da start götürəcək. Komandalar arasında Bakıda keçirilən ilk oyun Razqrad təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti