"Dinamo" Çempionlar Liqası pley-off mərhələsinin "Qarabağ"la ilk matçına ciddi itki ilə çıxa bilər.
Sportal.az xəbər verir ki, Marko Pyatsa komandanın məşqi zamanı ayağından zədə alıb. 29 yaşlı futbolçu ölkə çempionatının 3-cü turunun "Şibenik"lə matçında (3:0) iştirak etməyib.
Xorvatiya millisinin üzvünün "Qarabağ"la oyuna kimi hazır olacağı gözlənilir. Lakin təcrübəli futbolçunun ilk 11-likdə meydana çıxacağı real görünmür.
Qeyd edək ki, "Dinamo" - "Qarabağ" qarşılaşması 20 avqust tarixində baş tutacaq. Komandalar arasında ikinci oyun isə ayın 20-si Bakıda keçiriləcək.
saytlarin hazirlanmasi