Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək.
Sportal.az xəbər verir ki, ilk oyun günündə üç matç baş tutacaq.
"Qarabağ" Zaqrebdə "Dinamo"nun qonağı olacaq. "Slaviya"(Praqa) Fransada "Lill"lə üz-üzə gələcək.
Serbiya çempionu "Srvena Zvezda" isə Norveçdə "Bodyo-Qlimt"lə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
20 avqust
23:00 "Bodyo-Qlimt" (Norveç) - "Srvena Zvezda" (Serbiya)
23:00 "Dinamo"(Zaqreb)(Xorvatiya) - "Qarabağ"(AZƏRBAYCAN)
23:00 "Lill" (Fransa) – "Slaviya" (Praqa, Çexiya)