"Araz-Naxçıvan"ın yeni transferi əməliyyat edildi - FOTO

13:49 - 23 Avqust 2024

"Araz-Naxçıvan"ın üzvü Karlos Jatoba İstanbulda axill tendon nahiyəsindən əməliyyat olunub.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyə milli komandasının həkimi Berkin Toker tərəfindən Fulya Acıbadem xəstəxanasında aparılan cərrahiyyə əməliyyatı uğurlu alınıb.

Futbolçu avqustun 27-də Bakıya dönəcək.

Qeyd edək ki, yarımmüdafiəçi mövsümün ilk oyunu olan “Qarabağ”la matçda forma geyinib.

Xəbər xətti