"Dinamo"nun futbolçusu Sami Mmae Çempionlar Liqası pley-off mərhələsinin "Qarabağ"la cavab oyunundan öncə baş tutan mətbuat konfransında iştirak edib.
Sportal.az mərakeşli mərkəz müdafiəçisinin fikirlərini diqqətinizə çatdırır:
- Rəqib komanda öz doğma evində oynayır. Bu oyun bizim üçün çətin keçəcək. Bizim bütün diqqətimiz və fokusumuz matçı yaxşı səviyyədə keçirməkdir ki, növbəti mərhələlərə addım ata bilək.
- Ötən mövsüm "Dinamo" PAOK və "Sparta"ya böyük hesabla uduzmuşdu. Sabahkı oyunda belə mənzərəni təsəvvür edirsiz?
- Özümüzə inanırıq. Gücümüzün olduğunu düşünürük. Həmin oyunlarda iştirak etməmişəm.
- "Ferentsvaroş"un heyətində "Qarabağ"a qarşı oynamısız. Sabahkı atmosferin necə olacağını gözləyirsiz?
- Bəli, həmin matçı xatırlayıram. Oyun çətin keçmişdi. Azarkeşlər tərəfindən "Qarabağ"a güclü dəstək var idi. Sabahkı oyunda da bunu gözləyirik.
Mirbağırağa
saytlarin hazirlanmasi