Avropa Liqasında "Qarabağ"ın rəqiblərindən olan FCSB heyətini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Buxarest təmsilçisi Mihay Popeskunu rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı rumıniyalı mərkəz müdafiəçisi ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib. Popesku "Farul"dan transfer edilib.
Qeyd edək ki, "Qarabağ" FCSB ilə gələn il yanvarın 23-də Bakıda qarşılaşacaq.
saytlarin hazirlanmasi