UEFA-nın rəsmi saytı “Tottenhem” və “Qarabağ” klubları arasında Londonda keçiriləcək Avropa Liqasının əsas mərhələsinin açılış matçından danışıb.
Sportal.az xəbər verir ki, UEFA-nın rəsmi saytı cənubi koreyalı haqda bunları yazıb:
"Son Hın-Mın Azərbaycanın ən güclü komandasına qarşı son ev oyununu xatırlamaq üçün iki əsas səbəbi var. Cənubi koreyalı 2015/2016 mövsümündə Avropa Liqasında "Qarabağ"a 2 qol vurub və "Tottenhem" matçı 3:1 qalib başa vurub. Londonlular şübhəsiz ki, bir illik fasilədən sonra Avropa yarışlarında özlərini ən yaxşı tərəflərini göstərmək istəyəcəklər".
Qeyd edək ki, komandalar arasında görüş sentyabrın 26-da baş tutacaq.
saytlarin hazirlanmasi