"Malmö"nün futbolçusu Yens Striger Larsen Avropa Liqasının "Qarabağ"la matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.
Sportal.az danimarkalı sağ cinah müdafiəçisinin fikirlərini diqqətinizə çatdırır:
- Biz uzun yoldan gəlmişik. "Qarabağ"la sabahlı oyun çətin olacaq. Komandamızda müsbət atmosfer var. Amma buna baxmayaraq, uduzmaq niyyətimiz yoxdur.
- Rəqib haqda nə bilirsiz?
- Müəyyən məlumatlarımız var. Bilirik ki, "Qarabağ" güclü komandadır, Avropada təcrübələri var. Bura əminliklə gəlmişik. "Reyncers"lə oyundakı səhvləri etmək niyyətində deyilik və sabahkı matçda qələbə qazanmaq istəyirik.
Mirbağırağa
saytlarin hazirlanmasi