Braziliya prezidenti: "Legioner həyatı yaşayanlar yerli çempionatda oynayanlardan üstün deyil"

20:46 - 13 Oktyabr 2024

Braziliya prezidenti Lula da Silva yerli çempionatdan olan futbolçuların milli komandada çıxış etməsinin tərəfdarıdır. 

Sportal.az xəbər verir ki, “beinsports.com”a danışan ölkə başçısı bunları deyib:

"Legioner həyatı yaşayanlar yerli çempionatda oynayanlardan üstün deyil. Braziliyada da xaricdəkilərlə eyni səviyyədə yaxşı oyunçular var. Onlara oynamaq imkanı vermək lazımdır”.

Braziliya millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Çili üzərində 2:1 hesabı ilə qalib gəlib. Qolları “Botafoqo”nun hücumçuları İqor da Kruz və Luis Enrike vurub.
 

Xəbər xətti