"Benfika"nın argentinalı yarımmüdafiəçisi Anxel di Mariya MLS-ə yollana bilər.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, "İnter Mayami" təcrübəli futbolçunu heyətinə qatmaqda israrlıdır.
Di Mariyanın "Benfika" ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
36 yaşlı yarımmüdafiəçi Portuqaliya çempionatının cari mövsümündə 6 oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi